AZ

Qərbi Azərbaycan İcması beynəlxalq konfransa hazırlaşır

Qərbi Azərbaycan İcması “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransa hazırlıq işlərini başa çatdrıb və konfrans dekabrın 5-6-da keçirəcək. İcmadan XQ-yə bildirilib ki, beynəlxalq mərasimə 51 ölkədən 100-dən çox xarici qonağın qatılması gözlənilir. Konfransda Qərbi azərbaycanlıların Ermənistandan zorla deportasiya olunmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik təşəbbüslər müzakirə olunacaq.

Dekabrın 6-da isə konfransın mədəni hissəsi keçiriləcək. Bu gün, həm də 1987–1991-ci illərdə Qərbi azərbaycanlıların deportasiya edilməsi ilə əlaqədar anım günüdür. Ötən il keçirilən analoji beynəlxalq konfransda da “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda müzakirələr aparılmışdı. Həmin mərasimdə 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.

Namiq QƏDIMOĞLU
XQ

Seçilən
15
xalqqazeti.az

1Mənbələr