AZ

"Liverpul" və "Mançester Yunayted" braziliyalı uğrunda mübarizə aparır

İngiltərə çempionatında çıxış edən klublar "Atalanta"nın yarımmüdafiəçisi Edersonla maraqlanırlar.

Apasport.az xəbər verir ki, "Liverpul" və "Mançester Yunayted" yanvarda braziliyalını transfer etmək istəyir.

Hər iki klub potensial qış transferini müzakirə etmək üçün oyunçunun menecerinə müraciət edib.

Yarımmüdafiəçiyə əsas namizədlərdən biri də “Mançester Siti”dir.

"Atalanta" isə əsas oyunçusunu qışda satmağı planlaşdırmır, ancaq yayda təklifləri nəzərdən keçirə bilər.

Qeyd edək ki, Edersonun mümkün transferinin dəyəri 50 milyon avro olaraq qiymətləndirilir. 25 yaşlı oyunçunun "Atalanta" ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

 

Van Nistelrooy İngiltərə yolunda

“Mançester Siti”nin transfer hədəfi

“Qalatasaray”da ciddi itki

“Real”da ciddi itki

De Bleker "Kəpəz"in futbolçuları ilə görüşüb

Seçilən
9
apasport.az

1Mənbələr