Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Modern.az xəbər verir ki, noyabrın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 pulemyot, 6 tüfəng, 1 patron darağı və 28 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.