Yunanıstan Ermənistana ölkənin hava hücumundan müdafiə sistemində istifadə edilən S-300 və Rusiya istehsalı olan digər iki silah sistemini təhvil verməyə və onları İsrail istehsalı sistemlərlə əvəz etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Yunanıstanın enikos.gr portalı yayıb.
Mənbə qeyd edir ki, Yunanıstan Silahlı Qüvvələrinin rəhbərliyi Rusiya silah sistemlərini öz arsenalından çıxarmaq və köhnə sistemləri radikal şəkildə yeni Qərb texnologiyaları ilə əvəz etmək əzmindədir.
Portalın məlumatına görə, “Yunanıstanın Milli Müdafiə Baş Qərargahı Ermənistanı Rusiya istehsalı olan silah sistemləri ilə təmin etmək üçün qabaqcıl mərhələdədir”.
Nəşrin qeyd etdiyi kimi, “əvvəllər bu sistemlərin Ukraynaya verilə biləcəyi güman edilirdi, lakin Baş Qərargah daha az sərfəli olmayan digər alternativləri nəzərdən keçirir”.
Qeyd edək ki, Ermənistanın müdafiəsini gücləndirmək sırf Yunanıstanın təşəbbüsü deyil. Bu, Fransa ilə əməkdaşlığın məhsuludur.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta