Bakı. Trend:
Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına (Aİ) Rusiya qazıdaşınmır.
Trend xəbər verir ki,bubarədə Avropa Komissiyasının iqlim və energetika məsələləri üzrənümayəndəsi Tim Makfi Bakıya qarşı Rusiya qazının tədarükü iləbağlı irəli sürülən əsassız iddialara cavab verərkən bildirib.
"Aİ bazarlarına tədarükü təmin edən Cənub Qaz Dəhlizi yalnızAzərbaycanın qaz yataqları ilə bağlıdır və ölkənin daha geniş milliqaz sisteminə inteqrasiya olunmayıb. Bu səbəbdən, Cənub Qaz Dəhlizivasitəsilə Rusiya qazı Avropa İttifaqına ixrac edilmir.
Məlumatlarımıza görə, son iki ildə Azərbaycan daxili istehlaküçün Rusiyadan ildə 1 milyard kubmetrdən az qaz idxal edib. HalbukiAzərbaycanın ümumi qaz ixracı təxminən 24 milyard kubmetr təşkiledir ki, bunun təxminən yarısı Aİ bazarlarına göndərilir. Dediyimkimi, Rusiya qazından imtina etmək məqsədimiz tamamilə aydındır vəAzərbaycandan idxal olunan qazın mənşəyi də tam şəffafdır", – o,gündəlik brifinqdə qeyd edib.
2022-ci ilin iyulunda Azərbaycan və Aİ Cənub Qaz Dəhlizivasitəsilə qaz tədarükünü cari səviyyə ilə müqayisədə 2027-ci iləqədər illik 20 milyard kubmetrə qədər artırmaq barədə razılığagəliblər.
Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropayatədarükü 31 dekabr 2020-ci ildə başlayıb. Qaz kəməri Xəzər dəniziregionunu Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarınabirləşdirir.
Layihənin reallaşdırılmasına çəkilən 33 milyard dollarlıqxərclərin, əvvəlcədən planlaşdırılan 45 milyard dollardan xeyli azolduğu və 8-10 il ərzində özünü doğruldacağı gözlənilir.