AZ

Dönərdən zəhərlənənlərlə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB

Zaqatalada qidadan zəhərlənmə ötən gün axşam saatlarında baş verib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 25.11.2024-cü il tarixində saat 21:30 radələrində 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar:

“Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb”.

***

09:50

Zaqatalada üç nəfər qidadan zəhərlənib.

Modern.az xəbər verir ki, Çobankol kənd sakini 25 yaşlı İlqar Əhmədov, Mosul kənd sakini 17 yaşlı qız və 8 yaşlı Qazangül qəsəbə sakini qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.

Onların dönərdən zəhərləndikləri bildirilir.

Zəhərlənən gənclərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Seçilən
9
1
modern.az

10Mənbələr