AZ

MDB ölkələrinin xüsusi xidmət və kəşfiyyat orqanlarının rəhbərləri Moskvaya toplaşıb

Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti məsələləri üzrə müşavirəsi start götürüb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.

Mənbə qeyd edir ki, tədbirdə yaxın gələcəkdə MDB ölkələrinin kəşfiyyat xidmətləri arasında gələcək qarşılıqlı fəaliyyət üçün vəzifələr və prioritetlər müzakirə olunacaq.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin iştirakı planlaşdırılıb.

Bizim.Media

Seçilən
118
1
bizim.media

4Mənbələr