AZ

Avropa və Amerika aviaşirkətləri Çinə uçuşları kəskin azaldır

Avropa və Amerika aviaşirkətləri Çinə uçuşların sayını məhdudlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Çinin "South China Morning Post" nəşri yazıb.

Nəşrin məlumatına görə, Avropadan Çinə uçuşların ləğvi onların həyata keçirilməsi üçün maliyyə və vaxt xərclərinin artması ilə bağlıdır. Xüsusilə, "Finnair", SAS, "Lufthansa", "British Airways" və "Virgin Atlantic" artıq Çinə uçuşların sayını azaltmaq qərarına gəlib.

Çinə hava daşımaları bazarında azalma COVID-19 pandemiyası zamanı başlayıb, lakin Rusiyanın öz hava məkanından istifadəyə məhdudiyyətlər tətbiq etməsi ilə vəziyyət daha da pisləşib.

"Uçuş müddəti 10-40 faiz artıb. Əgər əvvəllər Finlandiyadan Çinə 8 saat 30 dəqiqəyə çatmaq mümkün idisə, indi buna daha 3 saat əlavə edilib", deyə "Raketa" ezamiyyətlərin təşkili və xərclərin idarə edilməsi üzrə rəqəmsal platformanın marketinq və kommunikasiyalar üzrə direktoru Daria Zubritskaya bildirib.

Bundan əvvəl Avropa Komissiyasının (AK) nümayəndəsi Adalbert Yanz bildirmişdi ki, Aİ-nin Rusiya aviaşirkətlərinə Avropa hava məkanından istifadəni qadağan edən sanksiyaları səbəbindən Avropa aviasiya sənayesi çətin vəziyyətdədir.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr