28 noyabr saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Gəncədən Bakıya” layihəsi çərçivəsində "Mahnı və romans" axşamı baş tutacaq.
Kulis.az xəbər verir ki, konsertdəGəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında Azərbaycan bəstəkarlarının mahnı və romansları səsləndiriləcək.