AZ

Avropa və ABŞ aviaşirkətləri Çin reyslərini azaldır: səbəb nədir?– ÖZƏL

Avropa və Amerika aviaşirkətləri Çin Xalq Respublikasına uçuşlarını kəskin şəkildə azaldıblar. Eyni zamanda, Çin aviaşirkətləri beynəlxalq reyslərin sayını artırmaqda davam edir. 

Olaylar.az xəbər verir ki, mütəxəssislər qeyd edirlər ki, Qərb aviaşirkətləri üçün əsas problem Rusiyanın hava məkanının bağlanması nəticəsində yaranan əlavə xərclərdir. "RunAvia" uçuş təhlükəsizliyi xidmətinin qurucusu Andrey Patrikovun sözlərinə görə, məsələn, Finlandiyanın "Finnair" şirkəti bu səbəbdən uçuş istiqamətlərinin 80 faizini itirib. SAS, LOT, Lufthansa, British Airways və Virgin Atlantic kimi aviaşirkətlər də reyslərini azaldıb.

Bu vəziyyət uçuş vaxtlarının əhəmiyyətli dərəcədə artması ilə nəticələnib. Finlandiyadan Çinə səyahət artıq əvvəlkindən üç saat daha uzun çəkir. Çin aviaşirkətləri isə bu qadağadan təsirlənmədikləri üçün üstünlük qazanıblar.

Nəticədə, Avropa və ABŞ-dan Çinə reyslərin sayı 60 faiz azalıb, amma Çindən Avropaya və ABŞ-a uçuşlar 16 faiz artıb. Ekspertlər bu istiqamətdə Çin aviaşirkətlərinin fəaliyyətinin daha da genişlənəcəyini proqnozlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr