AZ

Xırdalan Şərab Zavodu cərimələndi

Abşeron Rayon Məhkəməsində “A+Co” ASC-yə yazılan inzibati protokola baxılıb.

XALQ.AZ pravda.az-a istinadən xəbər verir ki,  hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərarla şirkət cərimələnib.

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 422-ci (Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu, investisiya fondunun idarəçisi və emitent tərəfindən qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin və qaydanın pozulmasına görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: 1997-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 10 000 AZN olan MMC-nin qanuni təmsilçisi Xanoğlan Məsim oğlu Qasımovdur. Şirkət Xırdalan Şərab Zavodunu idarə edir.

Seçilən
0
3
xalq.az

4Mənbələr