AZ

Fransa Rusiyanın pulu ilə Ukraynaya silah göndərir

“Fransa Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə edərək Ukraynaya zenit-raket kompleksləri və digər silahlar tədarük etmək niyyətindədir”.

“Cebheinfo.az”-ın məlumatına görə, Fransanın müdafiə naziri Sebastyan Lekornyu belə deyib.

“Fransa vergi ödəyiciləri Ukraynaya dəstəyimizi maliyyələşdirmək üçün yeni variantlar tapdığımızı bilməkdən məmnun olacaqlar. Yaxın həftələrdə biz bu istiqamətdə tədbirlər görəcəyik. Xüsusilə də Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərdən istifadə etməklə Kiyevə “Mistral” hava hücumundan müdafiə raketləri, o cümlədən İtaliya ilə birgə digər silahları tədarük edəcəyik”, - deyə nazir bildirib.

Lekornyu bu barədə Almaniya, Böyük Britaniya, İtaliya, Polşa və Fransanın müdafiə nazirləri arasında keçirilən danışıqlardan sonra açıqlama verib.

Onun sözlərinə görə, Fransa həmçinin, Ukrayna əsgərlərinin təlimini davam etdirəcək və bunun üçün imkanları artırmağa hazırlaşır. Lekornyu bu yaxınlarda Ukraynanın “Anna Kiyev” briqadasının Şampandakı təlim bazalarında təlim keçdiyini deyib.

O, təlim keçmiş həmin 2300 əsgərin Ukraynaya geri göndərildiyini diqqətə çatdırıb. Bu yaxınlarda “Le Monde” qəzeti Fransanın və Böyük Britaniyanın Ukraynaya hərbi qulluqçuların, yaxud özəl hərbi şirkətlərin əməkdaşlarının göndərilməsinin mümkünlüyü ilə bağlı müzakirələri bərpa etdiyini bildirib.

Bu barədə açıqlama verən mənbələr Paris və Londonun Kiyevi dəstəkləmək üçün koalisiya yaratmaq imkanını istisna etmirlər.

Mayın sonunda Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski Fransanın müdafiə naziri ilə danışıqlardan sonra bildirib ki, Kiyev Parisin öz hərbi təlimatçılarını Ukraynaya göndərmək təşəbbüsünü alqışlayır. Sırski onların qəbulu üçün lazımi sənədlərin artıq imzalandığını qeyd edib.

Müşfiq Abdulla

“Cebheinfo.az”

Seçilən
28
3
cebheinfo.az

4Mənbələr