AZ

Bu sahibkarlar bəzi vergilərdən azad olunacaqlar

Azərbaycanda ekoloji vergilərin yenilənməsi istiqamətində müzakirələr aparılır.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, vergi qanunvericiliyində karbon emissiyalarına vergilərin tətbiqi də geniş müzakirə olunur. Həmçinin nəzərə çatdırılıb ki, Azərbaycanda ətraf mühitin qorunması, ekoloji dayanıqlılığın təmin edilməsi iqtisadiyyatın bütün sektorlarında dövlətin təşviq alətləri ilə əhatə edilib.

“Bu alətlərdən biri vergi təşviqidir. Artıq bir neçə ildir ki, ölkəyə idxal edilən elektrik mühərrikli və hibrid avtomobillərinin idxalı və satışı ƏDV-dən azad edilib. Növbəti ilin büdcə zərfi çərçivəsində təqdim edilmiş Vergi Məcəlləsində dəyişikliklə bağlı qanun layihəsində bərpaolunan mənbələr hesabına enerji istehsalını həyata keçirən sahibkarların gəlir, mənfəət, əmlak və torpaq vergilərindən azad edilməsi nəzərdə tutulur. Belə ki, bu infrastrukturun qurulması ilə bağlı ölkəyə idxal ediləcək avadanlıqların ƏDV-dən və gömrük rüsumundan azad edilməsi mümkündür”, - deyə rəis müavini əlavə edib.

Seçilən
9
xezerxeber.az

1Mənbələr