AZ

2030-cu ilə qədər Azərbaycanda E-ticarət bazarı hər ildə 13% artacaq

Vizyonumuz bütün satıcılarımızı elektron ixracatçıya çevirməkdir.

Fins.az xəbər verir ki, bunu “Trendyol Group”un beynəlxalq genişlənmə şöbəsinin rəhbəri İrem Çağrı Yılandil Bakıda keçirilən "Turan E-Ticarət və İxracat Forumu"nda bildirib.

O, Azərbaycanın güclü iqtisadi əsasları, canlı ticarət mühiti və dinamik inkişafına diqqət çəkərək, bu il ölkənin e-ticarət bazarının 2 milyard dollar həcmində olacağını və 2030-cu ilə qədər hər il 13% artacağı proqnozlaşdırıldığını vurğulayıb.

Yılandil, Azərbaycanda fəaliyyətlərini genişləndirmək, təcrübə bölüşmək və müştərilər və biznes tərəfdaşları ilə böyümək məqsədilə burada olduqlarını qeyd edib. O, həmçinin e-ticarətin gələcəyini birgə formalaşdırmağa və hər kəs üçün davamlı imkanlar yaratmağa olan inamlarını ifadə edib.

Turan E-Ticarət və İxracat Forumu Azərbaycanda ilk dəfə "Founder Club" və Azərbaycan Françayzinq Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir və forum Azərbaycanın iqtisadi inkişafına və milli brendlərin beynəlxalq bazarlarda tanıdılmasına yönəlib.

Seçilən
0
1
fins.az

4Mənbələr