Bakı. Trend:
Bakıda bir neçə marşrut xətləri üzrə elektrik mühərrikliavtobuslar fəaliyyətə başlayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan YerüstüNəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, AYNA tərəfindən dayanıqlı və təhlükəsiz ictimainəqliyyatın təşkili, avtobus parkının yenilənməsi istiqamətdədavamlı tədbirlər icra edilir:
“1, 5, 14, 21 və 88A nömrəli marşrut xətləri üzrə BYD markalıelektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb”.
Məlumatda qeyd edilib ki, elektrik mühərrikli avtobuslar sıfıremissiya texnologiyası ilə təchiz edilib:
“Bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununlayanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçünən son texnologiyalarla təmin olunub”.