"Qalatasaray" "Lion"un futbolçusu Ernest Nuamanı transfer etmək istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "sarı-qırmızılar" iqtisadi böhran içində olan və fasilədə futbolçu satacaq "Lion"un ulduzuna göz dikib.
"Qalatasaray" gənc ulduzu Danimarkanın "Nordjaelland" komandasında çıxış edərkən heyətinə qatmaq istəyib.
"Qalatasaray"ın transferi 10 milyon avroya tamamlamaq istədiyi öyrənilib. İqtisadi böhran içində olan Lionun bu rəqəmi qəbul edəcəyi gözlənilir.
Bu mövsüm "Lion"un heyətində 10 matçda meydana çıxan Nuamah nə qol vura bilib, nə də məhsuldar ötürmə edib.
Hazırda bazar dəyəri 18 milyon avro olan qanalı vingerin klubu ilə müqaviləsi 2028-ci ildə başa çatır.