AZ

Əli Şirin Şükürlü: 1 esse, 1 şeir

Filosofun qeydlərindən: (1 esse, 1 şeir)

 

1.Ä°ncəsənət və gerçəklik

         (fəlsəfi esse)

 

Ä°nsan bədii əsər oxuyarkən və ya incəsənət əsərlərini (film, tamaşa, təsviri sənət və s.) seyr edərkən nədən özünü gerçək obyektin iştirakçısı hesab edir – məsələn, insan hər hansı bir bədii filmi izləyərkən onun sujet xəttini təşkil edən hadisələrin yaradıcı təfəkkürün məhsulu (gerçək mövcud olmayan hadisələr) olduğunu dərk etdiyi halda, o, insanda həm də gerçək hadisə assosiasiyası yaradır? Yəni insan nə üçün həmin anda müəyyən emosiyalara qapılır, hadisələrin onların arzuladığı şəkildə baş verməsini arzulayır?

 

Elmi tədqiqat işimin istiqamətinə (elm fəlsəfəsi) uyğun olaraq subyekt-obyekt, yəni dərkedilən və dərkedən qarşılıqlı əlaqələri konteksində qeyri-səlis çoxluqlar nəzəriyyəsinin (həmçinin qeyri-səlis məntiq nəzəriyyəsinin) fəlsəfəsini araşdırarkən məni çoxdan düşündürən bu məqam üzərində də dayanmaq qərarına gəldim. Subyekt-obyekt münasibətlərini fəlsəfi fikir tarixinə istinadən təsnifatlaşdırarkən yuxarıda qeyd etdiyim suala cavabım aşağıdakı şəkildə oldu:

 

Hegel dialektikasında Mütləq ideyanın inkişafı üç mərhələdən keçərək triada yaradır: Tezis antitezisə keçir və sonda sintezlə yekunlaşır. Mütləq ideya öz ilkin reallığının mövcud olduğu brinci mərhələdən (bu mərhələni filosof loqika adlandırır) ikinci mərhələyə keçib maddi dünyanı yaradakən tezis mərhələsindən antitezis mərhələsinə keçir. Üçüncü mərhələdə isə Mütləq ideya  antitezisdən (maddi aləmdən) yenidən ideal oblasta – insan şüuruna qayıdır və sintezlə yekunlaşma baş verir. Bu mərhələdə isə o, xüsusi forma alır – ya elmi biliyə, ya da incəsənətə çevrilir.

Bu konteksdə K.Popperin epistemoloji baxışı da maraqlıdır: Reallıq üç dünyadan ibarətdir. Birinci dünya obyektiv mövcud olanların, ikinci dünya subyektin (empirik, rasional və s. dərkedilən və ya dərkedilməyən), üçüncü dünya elmi-yaradıcı fəaliyyətin (miflər, elmi nəzəriyyələr, incəsənət əsərləri və s.) yaratdığı dünyadır. Onun fikrincə (və hesab edirik tamamilə haqlıdır), hər üç dünya daimi vəhdət halındadır – üçüncü dünya yaratdığı obyektlər vasitəsilə birinci dünyanı dəyişdirib ikinci dünyaya uyğunlaşdırır.

 

Indi isə birbaşa sualın cavabına keçid alaq:

Sual. Ä°nsan bədii əsər oxuyarkən və ya incəsənət əsərlərini (film, tamaşa, təsviri sənət və s.) seyr edərkən nədən özünü gerçək obyektin iştirakçısı hesab edir – məsələn, insan hər hansı bir bədii filmi izləyərkən onun sujet xəttini təşkil edən hadisələrin yaradıcı təfəkkürün məhsulu (gerçək mövcud olmayan hadisələr) olduğunu dərk etdiyi halda, o, insanda həm də gerçək hadisə assosiasiyası yaradır? (Yəni insan nə üçün həmin anda müəyyən emosiyalara qapılır, hadisələrin onların arzuladığı şəkildə baş verməsini arzulayır?)

 

Cavab. Məsələ ondadır ki, insan şüuru elə struktura malikdir ki, ehtimal olunan hər bir hadisənin gerçəkləşə biləcəyinə onda bir inam mövcuddur, yəni o düşünür ki, ehtimal olunan hər bir hadisə baş verə bilər. Və yaxud o, inanır ki, baş verməsi mümkün olan hər bir hadisə ehtimal olunandır. Bu aspektdə onun düşüncəsi seyr etdiyi filmdə təsvir olunan hadisələrin hansısa gerçək bir hadisənin (ya baş verən, ya da baş verəcək hadisənin) mövcudluğu barədə təsəvvürləri oyadır. Yəni onun şüurunun hansısa bir hissəsində filmdə izləriyi hadisənin ya baş vermiş, ya da baş verəcək hansısa hadisənin təsviri olduğu barədə təsəvvürlər mövcuddur.  Məhz filmdəki hadisənin gerçək mövcudluğu barədə yaranan bu təsəvvürlər onda  film barədə “reallıq” assosiasiyasının yaranmasına səbəb olur.

Deməli, elmi biliklər və incəsənət əsərləri, doğurdan da, təsəvvürlərlə (subyekt) gerçək dünya (obyekt) arasında əlaqələr quran ən mükəmməl vasitələrdir. Sanki bu mərhələdə antitezisdən tezisə (Hegel) qayıdış baş verir və Popperin təbirincə isə “üçüncü dünya birinci dünyanı dəyişdirib ikinci dünyaya uygunlaşdırır”.

   

 

2.   Ædəbi suprematizm:

            Monizm

 

Kənd evimizdə yenə də payız:

Ağaclarda payız, quşlarda payız.

  

Ağaclarda, həm də quşlarda zaman - nəsə dəyişib:

axı ağaclar daha çox tanıdar dəyişmələri.

(Bir də çiçəklər – onların öz zamanı

hamıdan fərqli; gündüz  açıb, axşam solanlar).

 

Nəsə dəyişib deyəsən: yox olub(r) yaşıllıq,

dayanıb bir mövcudolma, yerində başqası.

Yaşıl sarıya çevrilib(r) – eyni ağaclar deyilmi,

indi rəngini dəyişən,

bəs yaşıl hanı? – sarıda gizlənib sadəcə.  

 

Eyni cür dəyişmələr bildirir;

bütün ağaclar eyni ağacdır əslində,

Ümumidən qopub

tək-tək düşüblər torpağa

bir qədər fərqli formalarda.

 

Ä°nsanlar da ağac kimidi elə, 

heç kim inanmasa da,

mən dəqiq bilirəm; Bir olub

və ayrı düşüblər nə vaxtsa –

indi o Bir olan gizlənib

Hamının içində.

 

... – 10.09.2024

Seçilən
17
adalet.az

1Mənbələr