Olaylar.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb. Qərar Ermənistanın Rusiya silahlarından istifadə təcrübəsinin olması və onun saxlanması üçün lazımi ehtiyat hissələrinin olması nəzərə alınaraq qəbul edilib. Razılığa əsasən Yunanıstan Ermənistana S-300, TOR-M1 və Osa-AKM zenit-raket komplekslərini təhvil verəcək.
Yunanıstan hakimiyyəti onları İsrail istehsalı sistemlərlə əvəz etməyi planlaşdırır.
KİV-in məlumatına görə, bu, sırf Yunanıstan təşəbbüsü deyil, Fransa ilə əməkdaşlığın nəticəsidir:
"Afina üçün Kiyev əvəzinə İrəvanın gücləndirilməsi bir çox səbəblərə görə strateji seçimdir. Hər şeydən əvvəl, çox sıx müttəfiqlik əlaqələri və xüsusən də müasir tarixdəki ümumi tarixi hadisələr və ümumi dini inanclar səbəbindən bunu edir. Bundan əlavə, güclü Ermənistan Azərbaycanı açıq-aşkar gücləndirən "türk inadkarlığı"na əla tarazlıq olardı".
Qeyd edək ki, əvvəllər bu sistemlərin Ukraynaya verilə biləcəyi güman edilirdi, lakin Baş Qərargah başqa alternativləri nəzərdən keçirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31