"Gələn ilin yanvar ayından etibarən Bakının 20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xəttinin açılması nəzərdə tutulur".
Moderator.az xəbər verir ki, belə bir məlumat sosial şəbəkədə yayımlanıb.
Məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu dəqiqləşdirmək üçün Oxu.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, hazırda marşrut şəbəkəsi təhlil edilir.
"Bu istiqamətdə hər hansı yenilik olarsa, ictimaiyyətə əvvəlcədən məlumat veriləcək".