AZ

Antalyada yanan rus təyyarəsi ilə bağlı yeni xəbər

Türkiyənin Antalya şəhərindəki aeroporta eniş etdikdən sonra alovlanan Rusiyaya məxsus SSJ-100 təyyarəsini komandir Vladimir Çernov və kursant Andrey Pryadkin idarə edib.

Musavat.com xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, ikinci pilot Dmitri Podrubilin də uçuş zamanı pilot kabinəsində olub, müşahidəçi qismində çıxış edib. Təyyarənin enişinə təcrübəli pilot kimi təsvir edilən Çernov rəhbərlik edib.

“İndi onun səhvi ilə bağlı əsas versiya nəzərdən keçirilir: Hava gəmisinin komandiri küləyin şiddətinə reaksiya verməyib, ona görə də təyyarə uçuş-enmə zolağına çırpılıb və sonra alovlanıb. Ancaq bu son versiya deyil”, - mesajda deyilir.

Türkiyə tərəfi insidentlə bağlı araşdırma aparır.

Xəbər verildiyi kimi noyabrın 24-ü axşam saatlarında Türkiyə hava limanına eniş edən "Sukhoi Superjet 100" təyyarəsi yanıb. Göyərtəsində 89 sərnişin və 6 ekipaj üzvü olan təyyarə Soçidən Antalyaya uçurdu. Fövqəladə hadisə nəticəsində onlardan heç biri xəsarət almayıb. Təyyarə çətin hava şəraitində eniş edib.

Bundan əvvəl “Sukhoi Superjet 100” təyyarəsi ilə bağlı bir gündə beş insident baş verdiyi bildirilirdi.

Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr