AZ

“Xaliq Faiqoğlu” elektrik mühərrikli avtobusları sərnişinlərin xidmətinə verdi - Fotolar

Bu gündən etibarən “Xaliq Faiqoğlu” şirkətinin idxal etdiyi elektrik mühərrikli avtobuslar sərnişinlərin xidmətinə verilib.

Şirkətdən “Qafqazinfo”ya bildirilib ki, avtobus parkının yenilənməsi və ekoloji standartların yüksəldilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində alınmış avtobuslar ilkin olaraq 18, 61, 65 və 85 saylı müntəzəm marşrut xətlərində test rejimində çalışacaq. Marşrut xətləri üzrə avtobusların sayının mərhələli şəkildə artırılması nəzərdə tutulur.

Qeyd edək ki, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təşəbbüslərdə daim yer alan şirkətin “PAŞA Bank”la birgə həyata keçirdiyi layihə çərçivəsində istismara qəbul edilməsi nəzərdə tutulan 50 elektrik avtobusun ilkin hissəsi artıq paytaxtımıza gətirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) həyata keçirdiyi tədbirlərdə və çağırışlarda daim yer alan “Xaliq Faiqoğlu” şirkəti ölkəmizdə ən böyük özəl daşıyıcıdır. Şirkət daha əvvəl “PAŞA Bank”ın dəstəyi ilə ekoloji təmiz CNG növlü elektrik mühərrikli avtobusları da sərnişinlərin ixtiyarına verib.

Yeni alınmış 100 faiz elektrikli bu avtobusların hər biri gün ərzində 300 kilometrdən artıq yol qət edə bilmə imkanına sahibdir. Müasir texnoloji yeniliklərin tətbiq edildiyi nəqliyyat vasitələrində sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə avadanlıqlar quraşdırılıb.







Seçilən
5
5
qafqazinfo.az

6Mənbələr