11-23 noyabr tarixlərində keçirilən COP29 (BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransı) qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan bu mötəbər tədbirə evsahibliyi etməklə yanaşı, aktivistlərimiz və media nümayəndələrimiz mövzu ilə bağlı müxtəlif platformalarda çıxışlar etdilər. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgərin COP29 ilə bağlı fikirləri də 8 müxtəlif ölkənin aparıcı mətbuat orqanlarında yayımlanıb. Jurnalist iqlim dəyişikliklərinin yaratdığı təhlükələr, qlobal əməkdaşlığın vacibliyi və dayanıqlı inkişaf hədəflərinə nail olunması üçün görüləcək tədbirlər barədə düşüncələrini bölüşüb.
Xatırladaq ki, Türkiyə, Pakistan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Böyük Britaniya, Portuqaliya və Qırğızıstan kimi ölkələrin nüfuzlu mətbuat platformalarında yayımlanan açıqlamalarda A. Ələsgər COP29 konfransının əsas prioritetləri, inkişaf etməkdə olan ölkələrə dəstəyin gücləndirilməsi, bərpa olunan enerji mənbələrinin təşviqi və ətraf mühitin qorunması məsələlərinə xüsusi diqqət çəkib. MŞ İdarə Heyətinin üzvü səkkiz ölkədə, dörd dildə yayımlanan açıqlamalarında, həmçinin, inkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə daha çox məsuliyyət daşımalı olduğu və maliyyə dəstəklərinin artırılmasının vacibliyi əsaslandırıb.
Həmin açıqlamaları təqdim edirik:
Pakistan mətbuatında;
https://thegulfobserver.com/azerbaijan-organized-and-held-cop29-at-the-highest-level/
Portuqaliya mətbuatında;
https://heraldstar.net/agil-alesger-azerbaijan-organized-and-held-cop29-at-the-highest-level/
İngiltərə mətbuatında;
https://www.turkishpress.co.uk/agil-alesger-azerbaijan-organized-and-held-cop29-at-the-highest-level-15046-haberi
Türkiyə mətbuatında;
https://m.haber7.com/guncel/haber/3480785-alesger-azerbaycan-nasil-olmasi-gerektigini-tum-dunyaya-gosterdi
Özbəkistan mətbuatında;
https://darakchi.uz/ru/192936
https://uza.uz/ru/posts/agil-alesker-azerbaydzhan-provel-cop29-na-vysokom-urovne_660934
Qazaxıstan mətbuatında;
https://mezgil.kz/e/action/ShowInfo.php?classid=34&id=5989
https://adyrna.kz/en/post/220075
https://adyrna.kz/post/220075
Gürcüstan mətbuatında
https://aktual.ge/Read/43004
Qırğızıstan mətbuatında və Qırğızıstanın ən böyük xəbər yayımlayam sosial media hesabında:
https://www.instagram.com/p/DCtpE7pTlcQ/?igsh=MXdxZTltOWMyaHd1NQ==