AZ

"COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi kimi yadda qalacaq" - Deputat

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal iqlim diplomatiyasında əhəmiyyətli dönüş nöqtəsi kimi dəyərləndirilir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyibş 

Onun sözlərinə görə, Azərbaycan ev sahibi kimi COP29-da, xüsusilə Qlobal Cənub və Qlobal Şimal arasında innovasiya və beynəlxalq əməkdaşlıq platformasını inkişaf etdirmişdir:

"Prezident İlham Əliyevin COP29-da vurğuladığı əsas mövzulardan biri inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qarşılıqlı anlaşmanın zəruriliyidir. Bu mötəbər tədbirdə Azərbaycanın mühüm təşəbbüslərlə çıxış etməsi müxtəlif millətləri ümumi iqlim gündəliyi ətrafında, xüsusən də bütün regionlarda davamlı inkişafı təşviq edən praktik və mümkün həllər vasitəsilə uyğunlaşdırmaq üçün katalizator kimi qiymətləndirilir. Azərbaycanın Sədrliyi ilə COP29, həmçinin qlobal miqyasda iqlim problemləri ilə mübarizədə mühüm əhəmiyyət kəsb edən iqlimin maliyyələşdirilməsi mexanizmlərinin həyata keçirilməsində irəliləyişlə yadda qaldı.

Dövlətimizin başçısı COP29-da bərabər inkişaf imkanlarını təmin etməklə yanaşı, ekoloji məhdudiyyətlərə hörmət edən enerji keçidinin, yaşıl texnologiyaların və iqtisadi modellərin vacibliyini vurğuladı. Azərbaycan, həmçinin iqlim dəyişikliyinin azaldılması və onun təsirlərinə uyğunlaşmaq üçün həyati əhəmiyyət kəsb edən inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin güclü tərəfdarı olmuşdur. Bu baxımdan, Azərbaycanın iştirakı həm ətraf mühitin mühafizəsi, həm də iqtisadi dayanıqlığın artırılmasına yönəlmiş konkret sazişləri təşviq edir.

Bundan əlavə, Azərbaycanın COP29-da Sədrliyi innovasiyalara diqqət yetirməklə və iqlimlə bağlı fəaliyyət üçün qlobal tərəfdaşlıqları təşviq etməklə davamlı inkişafda regional lider kimi özünü təsdiq etmək kimi daha geniş strategiyasını əks etdirir.

Canab İlham Əliyev COP29 çərçivəsində çıxışında Azərbaycanın bu konfransın Sədri kimi oynadığı rolu yüksək qiymətləndirdi. Dövlət başçısı bildirdi ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi kimi yadda qalacaq. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konsensusun tapılmasına töhfə verərək, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin mərkəzində yer alıb. Konfransın Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir.

Həmçinin, Azərbaycan tərəfindən təqdim edilən innovativ təşəbbüslərin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bildirdi ki, bu layihələr iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün enerji keçidi, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf sahələrini əhatə edir. Azərbaycan strateji iqlim siyasətini davam etdirəcək və bu prosesdə öncül mövqedə olacaq.

Bu açıqlamalar, Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə regional lider və beynəlxalq əməkdaşlıq platformalarında mühüm tərəfdaş olduğunu bir daha nümayiş etdirir.

Bakıda keçirilən COP29 İqlim Dəyişikliyi Konfransı zamanı 1,3 trilyon ABŞ dolları məbləğində yeni iqlim maliyyəsi hədəfi müəyyən edildi. Bu qərar, inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maliyyə yardımlarının artırılmasını əhatə edir. Məqsəd, iqlim dəyişikliyi ilə mübarizədə mövcud boşluqları doldurmaq və bu prosesdə hər kəsin iştirakını təmin etməkdir.

Hədəf çərçivəsində, iqlim maliyyəsinin ildə 100 milyard dollardan 2035-ci ilə qədər 300 milyard dollara çatdırılması nəzərdə tutulur. Bu, həm emissiyaların azaldılması, həm də iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin dəstəklənməsi üçün əhəmiyyətli bir addım kimi qiymətləndirilir. Həmçinin, bu yeni hədəf qlobal əməkdaşlıq və maliyyə səfərbərliyi üçün bir dönüş nöqtəsi olaraq qəbul edilir.

Konfrans zamanı ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları tərəfindən Azərbaycanın təşəbbüsləri və liderliyi xüsusilə vurğulanıb. Azərbaycan, COP29-a ev sahibliyi etməklə, qlobal iqlim gündəmində öz yerini möhkəmləndirərək davamlı inkişaf istiqamətində beynəlxalq töhfələrini bir daha nümayiş etdirir". 

Seçilən
14
50
unikal.az

10Mənbələr