AZ

231 PKK-çı həbs edildi



Türkiyə hüquq-mühafizə orqanları PKK terror təşkilatına qarşı uğurlu əməliyyat həyata keçirib.

Newscenter.az Türkiyə Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, 30 vilayətdə həyata keçirilən əməliyyat zamanı terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 231 nəfər nəzarətə götürülüb.

Terror təşkilatına qarşı əməliyyat "GÜRZ-27" adı altında baş tutub.

Saxlanılan şübhəlilər PKK/KCK terror təşkilatının siyasi və media strukturlarında adları keçən, terror təşkilatını maliyyələşdirmək, PKK/KCK terror təşkilatının təbliğatını aparmaqda ittiham olunurlar.

Mehman Mehdiyev
Seçilən
7
newscenter.az

1Mənbələr