AZ

Komitə sədri BMT-nin Forumunda iştirak edəcək



Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov BMT çərçivəsində Azlıq Məsələləri Forumunun 17-ci sessiyasında iştirak etmək üçün noyabrın 27-də İsveçrənin Cenevrə şəhərinə səfər edəcək.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sessiyada milli, etnik, dini və linqvistik azlıqların hüquqları barədə müzakirələr aparılacaq.

Səfər noyabrın 30-da başa çatacaq.



Seçilən
0
2
aia.az

7Mənbələr