Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.Nazirin əmrinə əsasən, Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Quliyev Elmir Rövşən oğlu vəzifəsindən xaric edilib. Nazirin digər əmri ilə polkovnik-leytinat Ağayev Əlfağa Ramazan oğlu bu vəzifəyə təyin olunub.