Polşa prezidenti Anjey Dudanın Ermənistana rəsmi səfəri başlayıb.
Apress.az xəbər verir ki, “Azadlıq” radiosunun məlumatına görə, Duda bu gün qondarma “erməni soyqırımı” abidəsini ziyarət edəcək, daha sonra prezident Vaaqn Xaçaturyanla görüşəcək. Əvvəlcə prezidentlər ayrıca görüş keçirəcək, daha sonra geniş tərkibdə danışıqlar davam etdiriləcək, sonda isə media nümayəndələri qarşısına çıxacaqlar.
Günün ikinci yarısında Polşa prezidenti baş nazir Nikol Paşinyan və parlament sədri Alen Simonyanla görüşəcək.
Danışıqların əsas mövzularından biri regiondakı vəziyyət və Ermənistanla Azərbaycan arasında sülh prosesi olacaq.
“Ermənistan və Azərbaycan arasında sülh prosesi davam edir və biz ümid edirik ki, bu, tezliklə başa çatacaq”, – deyən Polşa Prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Mesko Paviak deyib.
Pavak jurnalistlərə bildirib ki, Duda iki həftə əvvəl Bakıda keçirilən COP29 konfransında iştirak edib, Azərbaycan prezidenti ilə görüşüb, həmçinin Ermənistan-Azərbaycan münasibətlərindəki vəziyyəti və sülh prosesini müzakirə ediblər.
Azərbaycan tərəfi ilə danışıqların təfərrüatlarına varmayan Polşa rəsmidi “indi Ermənistan tərəfi ilə danışmağın vaxtıdır” deyib.
Polşanın yanvar ayından etibarən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini vurğulayan Paviak qurumun genişlənməsinin Varşavanın sədrliyinin prioritetlərindən biri olduğunu vurğulayıb
Bu, Polşa prezidentinin son 13 ildə Ermənistana ilk səfəridir.
Noyabrın 27-də Duda Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası ilə birgə patrulda iştirak etmək üçün Yerasxa (Arazdəyən) səfər edəcək.