“80 manat müavinət biyabırçılıqdır”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Salahlı deyib.
O, həmçinin rayonların qazlaşdırılmasında da problemlər olduğunu vurğulayıb:
“Hərbçilərimiz müharibələrdə döyüşür, bu məbləğ çox azdır. Rayonların qazlaşdırılmasında problemlər var. Necə olur ki, bir kəndə qaz çəkilir amma onun qonşusuna yox? Bu işlərə xüsusi diqqət olunmalıdır”.
Türkan İSGƏNDƏRLİ