AZ

Kişilərə zorakılıq artıb: Ailədə bilinmir kişi kimdir, qadın kimdir -AÇIQLAMA

Hətta bəzi qadınlar həyat yoldaşını adam yerinə qoymayaraq, imkanlarından və vəzifəsindən istifadə edərək hegemonluğunu təmin etmək üçün zorakılıq tətbiq edir

"Məişət zorakılığına məruz qalan şəxslər arasında qadın və uşaqlar çoxluq təşkil edir. Belə ki, cari ildə 38 kişi, 430 qadın, 364 uşaq məişət zorakılığına məruz qalıb. Məişət zorakılığı törədənlər isə tərkibinə görə 438 nəfər kişi, 213 nəfər qadındır", - məlumatda qeyd olunub.
Qeyd olunub ki, komitəyə müraciət daxil olarkən dərhal icra olunur və müvafiq qurumlara yönləndirilir:
"Şikayətlər yerli icra hakimiyyəti orqanlarına və Daxili İşlər Nazirliyinə yönləndirilir. Yerli icra hakimiyyətlərində məişət zorakılığının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları fəaliyyət göstərirlər. Müraciət daxil olan zaman dərhal komissiya yaradılır və ehtiyac olduqda şəxs qısamüddətli mühafizə ilə təmin olunur. Cinayət tərkibi olduğu halda isə DİN tərəfindən qeydiyyata alınır və qabaqlayıcı profilaktik tədbirlər görülür".

Sosioloq Elçin Bayramlı ''Sherg.az''a bildirib ki, son illər mənəvi deqredasiyanın nəticəsi olaraq ailə məhfumunu darmadağın, insani münasibətləri yox etdiyimiz üçün bu cür biabırçı, anormal hadisələr baş verir:

“Vaxtı ilə Azərbaycanda bu cür hallar baş vermirdi. Ancaq hazırda bu tendensiya artmaqda davam edir. Düzdür bunların  içərisində alkaş, narkaman və psixi problemi olan insanlar da var. Lakin ümumilikdə indi ailədə insanların rol və mövqey məsələləri tamamilə dəyişib. Nə qadın özünü qadın kimi, nə də ki kişi özünü kişi kimi aparır. Yəni ailədə bilinmir kişi kimdir, qadın kimdir. Açıq şəkildə hər bir şeyə tüpürmüşük. Adını da “Müasirik və Avropalaşmışıq” qoymuşuq. Ona görə də son dövrlər ailə daxili münaqişələrin və zorakılığın artması halları baş verir. Bunların içərisində də kişilərə qarşı zorakılıq faktları var. Bəzi ailələrdə qadın həddən artıq aqressiv, gərgin, problemli olur. Hətta bəzi qadınlar həyat yoldaşını adam yerinə qoymayaraq, imkanlarından və vəzifəsindən istifadə edərək hegemonluğunu təmin etmək üçün zorakılıq tətbiq edir. Bunun əsas səbəb isə mənəvi deqredasiya ilə bağlıdır. Belə gedişlə ailə dəyərlərimizə tüpürülməsi, arxa plana qoyulması, kişi, qadın, insanı və əxlaqi münasibətlərin pozulması kimi biabırçı halları artıracaq”.
Seçilən
8
sherg.az

1Mənbələr