AZ

Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq

Danimarka Ukraynanın hərbi zavodlarının maliyyələşdirilməsinə başlamağı və 2025-ci ildə ən azı 1,4 milyard dollar cəlb etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat verib.

Qeyd olunub ki, Avropa İttifaqı (Aİ) ölkələri Ukraynanı kifayət qədər silahla təmin edə bilmir. Ona görə də Ukrayna hökumətinin ölkənin hərbi zavodları ilə müqavilələrini maliyyələşdirməyə başlayırlar. Eyni zamanda, Kiyev müttəfiqlərə şirkətlər və lazımi silah növləri haqqında əvvəlcədən məlumat verir, Aİ ölkələri isə sövdələşmələrə razılıq verməzdən əvvəl istehsalçıları müstəqil şəkildə yoxlayırlar.

Avropa rəsmilərinin qiymətləndirmələrinə görə, bu yanaşma sürətli və daha çox silah əldə etməyə imkan verəcək.

"Bu, silahların cəbhəyə daha sürətli çatdırılmasını təmin etməyin və eyni zamanda Ukraynada silah istehsalını gücləndirməyin bir nümunəsidir", - deyə Danimarka müdafiə naziri Troels Lund Poulsen qəzetə müsahibəsində bildirib.

Seçilən
17
1
korrespondent.az

2Mənbələr