AZ

Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıb » AzadMedia.az



Milli Hidrometeorologiya Xidmətinin 26 noyabr saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinə yağan yağıntılarla əlaqədar respublikanın bəzi çaylarında sululuq artıb.

Belə ki, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Viləşçayda suyun səviyyəsində 20 sm, Təngərüdçayda 11, Lənkərançayda 9, Şərətükçayda 4, Böyük Qafqazın ərazisindən axan Katexçayda və Qarasuçayda 3, Əyriçayda və Qudiyalçayda 2, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda və Gəncəçayda 1, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan Quruçayda 16, Tərtərçayda 1, Kür çayının yuxarı axımında Qıraqkəsəmən məntəqəsində isə 6 sm artm qeydə alınıb.
Seçilən
1
49
azadmedia.az

10Mənbələr