Aktual.az xəbər verir ki, Zelenskaya bu barədə İtaliyanın "Rai” telekanalına müsahibəsində bildirib.
O, uşaqlarının təhlükəsizliyinə görə, bütün təfərrüatı açıqlaya bilməyəcəyini deyib.
Onun sözlərinə görə, mütəmadi olaraq işgüzar səfərlərə, o cümlədən xarici səfərlərə getsə də, övladları həmişə Kiyevdə qalır.
Zelenskaya bildirib ki, əri ilə ayrı yaşamağa davam etsələr də, bir-biri ilə görüşüb vaxt keçirə bilirlər.