İngiltərədə dünyanın ən yaşlı adamı kimi tanınan Con Alfred Tinnisvud 112 yaşında vəfat edib. Bu barədə Britaniyanın Daily Mirror qəzeti məlumat yayıb. Məqalədə deyilir: “Cənab Tinnisvud 25 noyabr bazar ertəsi Mersisayd ştatının Southport şəhərindəki qocalar evində öldü”.
Britaniyalı ailə üzvlərinin dediyinə görə, həyatının son günlərində o, “sevgi və musiqi” ilə əhatə olunmuşdu. Onlar Tinnisvudu ağıllı, cəsur və qətiyyətli insan, həmçinin əla natiq və riyaziyyatda bacarıqlı biri kimi təsvir ediblər. Dünyanın ən yaşlı adamı statusu Tinnisvuda onun əvvəlki sahibi, venesuelalı Xuan Visente Peres Moranın 114 yaşında ölümündən sonra keçib. Tinniswood uzunömürlülüyünü sadəcə şansla əlaqələndirib və heç bir pəhriz saxlamadığını, cümə günləri balıq və cips yediyini bildirib.Gündəlik işlərinin çoxunu özü görür, maliyyə vəziyyətinin hesabını aparır, radioda dünya xəbərlərini dinləyirdi. Tinnisvuda görə, sağlam qalmaq üçün əsas tövsiyə mötədillikdir.
//Gülnarə Abasova, Editor.az