İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlı bölmələri ilə keçirilən "Araz - 2024" birgə taktiki təliminin hazırlıq prosesi yekunlaşıb.
1news.az xəbər verir ki, Ssenariyə əsasən, şəxsi heyət təlim poliqonunda ərazi ilə tanış olub. Sonra keçirilən iclasda komandirlərin təlim üzrə məruzələri dinlənilib.
“Araz-2024” birgə taktiki təliminin növbəti mərhələsinə uyğun olaraq, hər iki ölkənin şəxsi heyəti təlim sahəsində məşqlərin icrasına başlayıb.