AZ

Qarabağ və Şərqi Zəngəzurda əhalinin 80 %-dən çoxunun məşğulluğu təmin edilib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşmış və iqtisadi fəal şəxslərin 80 %-dən çoxunun məşğulluğu təmin edilib.

“İki sahil” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda digər şəxslərin də məşğulluğunun təmin olunması istiqamətində işlər aparılır.

Seçilən
18
11
ikisahil.az

10Mənbələr