AZ

Metropolitenin iş rejimi 1 saat uzadılacaq

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında “Bakı Metropoliteni” QSC stansiyaların iş rejimi noyabrın 28-də UEFA Avropa Liqası turnirinin əsas mərhələsində təmsil edən “Qarabağ” futbol klubunun oyunu ilə əlaqədar 1 saat uzadılacaq.

Herbiand.az xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

Hidayət Məmmədov qeyd edib ki, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlanacaq qarşılaşmanın gecə saatlarında yekunlaşacağı nəzərə alınaraq, arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında axşam saatlarından gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

“Oyun ərəfəsində stansiyada nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib ediləcək. Sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaq. Azarkeşlərin mənzil başına rahat çatdırılması və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə bütün stansiyaların qapıları gecə saat 01:00-a qədər açıq olacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq. Qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. "Qatarların hərəkəti oyun yekunlaşdıqdan sonra xüsusi qaydada tənzimlənəcək”,- deyə sədr müavini bildirib.

Seçilən
11
44
herbiand.az

10Mənbələr