Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Fransaya 57 milyon85 min ABŞ dolları dəyərində 89 min 712 ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinin hesabatına istinadənxəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyərbaxımından 61 milyon 554 min ABŞ dolları (51,9%), həcm baxımındanisə 109 min 294 ton(54,9%) azdır.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında AzərbaycandanFransaya 118 milyon 639 min ABŞ dolları dəyərində 199 min 6 tonbitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilib.