AZ

"Qərb Çinə etibar etməməli, Rusiya ilə savaşa hazırlaşmalıdır" - NATO admiralı

 
"Biz müdafiə alyansı olaraq bizə tuşlanan oxları vuracağıq, amma biz həm də Rusiyada olan oxatana qarşı əkshücuma keçməliyik..."
 
NATO-nun Hərbi Komitəsinin sədri, niderlandlı admiral Robert Bauer Avropada döyüş əməliyyatlarının başlanmasının mümkünlüyündən danışıb.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Təqdiqat İnstitutunun "Avropa siyasi mərkəzi" adlı tədbirindəki çıxışında bəyan edib. Məlumatı "m24.ru" nəşri yayıb.
 
Alyansın yüksək vəzifəli nümayəndəsi Qərb ölkələri müəsssisələri rəhbərlərinə müharibəyə hazırlaşmağa çağırış edib. Bunun üçün admiral sənayeçilərə istehsalat və paylaşdırıcı xətlərin korrektə edilməsi barədə düşünməyi təklif edib.
 
"Biz "Qazprom"la müqavilə bağladığımızı düşünürdük, əslində isə bu, cənab Putinlə sövdələşmə olub. Eyni şeylər Çinin infrastrukturu və mallarına da aiddir. Gerçəkdə biz Si Tszinpinlə işbirliyindəyik", - Robert Bauer bəyan edib.
 
O, həmçinin Qərbin nadir torpaq resurslarının 60 faizi çıxarılan və 90 faizi emal edilən Çinin tədarükündən asılı olduğunu qeyd edib. Admiral əlavə edib ki, həmçinin sedativ preparatlar, antibiotiklər, iltihabəleyhinə vasitələr və aşağı qan təzyiqi üçün dərman preparatları Çindən daxil olur.
 
"Biz sadəlövhcəsinə Kommunist Partiyasının heç vaxt bu hakimiyyətdən istifadə etməyəcəyini düşünürük. Avropa və Amerikada biznes rəhbərləri anlamalıdır ki, onların qəbul etdikləri kommersiya qərarlarınən ölkələrinin təhlükəsizliyi üçün strateji nəticələri olacaq", - Bauer vurğulayıb.
 
"Əgər biz heç nəyə rəğmən bütün mühüm xidmətlər və mallarla təmin ediləcəyinə zəmanət verə bilsək, bu, bizim çəkindirmə siyasətimizin həlledici hissəsi olacaq", - NATO rəsmisi deyib.
 
O, əlavə edib ki, çəkindirmə potensialı təkcə döyüş imkanları demək deyil, çünki müharibədə istənilən vasitələrdən istifadə edilə bilər.
 
"Ordunun, mümkündür ki, döyüşü udmasına rəğmən, müharibədə qaləbəni iqtisadiyyat qazanır", - Robert Bauer deyib və qeyd edib ki, NATO-nun müharibəyə hazırlaşmaq üçün zamanı var, çünki Rusiya ordusu Ukraynada ilişib qalıb.
 
Admiralın fikrincə, hal-hazırda  Rusiyanın Quru Qoşunlarının sayı münaqişə başlanandan öncə olduğundan daha çoxdur, lakin Rusiya birləşmələrinin hazırlıq keyfiyyəti aşağı düşüb.
 
"Hal-hazırda Rusiya qoşunları 2022-ci il fevralın 24-dən öncə olduğu qədər təhlükə törətmir, ona görə də bizim hazırlaşmağa bir qədər zamanımız var", - Bauer müdafiə sənayesinə investisiyaların artırılmasını nəzərdə tutaraq bəyan edib.
 
Bununla əlaqədar olaraq Bauer həm müdafiə, həm də hücum silahlarının artırılmasını təklif edib.
 
"İdeya bundan ibarətdir ki, biz müdafiə Alyansıyıq, ona görə də hələlik bizə hücum edilənədək oturub gözləyəcəyik. Bu, baş verdikdə isə bizə tuşlanan oxları vuracağıq. Lakin təkcə bunu etmək deyil, həm də Rusiyada olan oxatana qarşı bizə hücum edəcəyi təqdirdə əkshücuma keçmək daha ağıllı olar", - admiral obrazlı şəkildə ifadə edib.
 
O, dəqiqləşdirib ki, Alyans NATO ölkələrinə zərbələr üçün tətbiq edilən həm hava hücumundan müdafiə sistemləri, həm də hücum komplekslərini inkişaf etdirmək gərəkdir.
 
"Əlbəttə ki, biz müdafiə Alyansı olduğumuza görə ilk zərbəni qəbul etməli olacağıq", - o, əlavə edib.
 
Qeyd edək ki, NATO-nun Hərbi Komitəsi Şimali Atlantika Alyansında rəhbər vəzifələrdən biridir. O, NATO-nun ali hərbi orqanı olan bu komitənin gündəlik işinə rəhbərlik edir. Bu vəzifədə olan şəxs həm də NATO baş katibinin hərbi məsələlər üzrə baş müşaviridir.
Seçilən
24
moderator.az

1Mənbələr