2025-ci ildə Azərbaycanda yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı proqnozlaşdırılır.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - dövlətə məxsus sosial fondların 2025-ci il dövlət büdcələri haqqında qanun layihələrinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,3 % çoxdur.
Gələn il Azərbaycanda orta aylıq pensiyanın isə bu ilin təsdiq olunmuş proqnozuna nisbətən 9,2 % çox - 536 manat olacağı proqnozlaşdırılır./Report
Tarix: 26 Noyabr 2024, 17:08