AZ

COP29-da yekun sənədi imzalayan dövlətlər öz öhdəliklərini yerinə yetirəcəklər?

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında maliyyə hədəfi illik 300 mlrd. dollara çatdırıldı...

Siyasi-şərhçi: “Azərbaycanda keçirilən COP29 sammiti çox böyük uğurla öz işini yekunlaşdırdı və bir sıra nailiyyətlər əldə olundu”.

Azərbaycanda çox gərgin müzakirələr keçirildi. Danışıqlar hətta, gecə saatlarına qədər uzanırdı. Nəticədə illik 300 milyard ABŞ dolları maliyyə hədəfi müəyyənləşdi. Bu da tarixi nailiyyət hesab edilir”.

Bu sözləri siyasi-şərhçi İlyas Hüseynov COP29-da imzalanan yekun sənədi Poliqon-a şərh edərkən qeyd edib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işini yekunlaşdırdı. Bakıda tərəflər Sazişin 6.2, 6.4 və 6.8 maddələrini razılaşdırmaqla karbon bazarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tam nəzarəti altında fəaliyyətinə yaşıl işıq yandırdı. Digər mühüm nailiyyət isə illik 300 mlrd. dollar maliyyə hədəfinə çatılmasıdır.

Hesab etmək olarmı ki, yekun sənədi imzalayan dövlətlər öz öhdəliklərini yerinə yetirə biləcəklər və COP29-un sədri kimi Azərbaycanın əldə olunan razılaşmaların reallaşdırılması ilə bağlı hər hansı öhdəliyi varmı?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Hər bir dövlət üzərinə düşən həm dekarbonasizasiya, həm ərtaf mühitin çirklənməsinin qarşısının alınması, həm də qlobal iqlim dəyişikliyi ilə bağlı mübarizədə daha güclü səylər ortaya qoymalıdır ki, biz müəyyən olunmuş hədəfləri impelimitasiya edə bilək”.

COP29 sədri kimi Azərbaycan üzərinə düşən bütün öhdəlikləri, vəzifələri böyük uğurla yerinə yetirdiyini qeyd edən ekspert Poliqon-a bildirib ki, ilk növbədə təşkilatçılıq, digər tərəfdən iştirakçıların təhlükəsizliyinin təmin olunması və əldə olunan yekun razılaşma tarixi qələbə kimi qiymətləndirilə bilər:

“Qeyd edim ki, Azərbaycanda keçirilən COP29 sammiti çox böyük uğurla öz işini yekunlaşdırdı və bir sıra nailiyyətlər əldə olundu. Bu xüsusda ən diqqət çəkən məsələ iqlim maliyyələşməsi ilə bağlı idi. İlk gündən bu məsələ gündəlikdə idi. Burada müxtəlif dövlətlər problemlərə diqqəti cəlb edir və çalışırdılar ki, məhz dayanıqlı, güclü maliyyələşmə sayəsində öz məqsədlərinə nail olsunlar.

Bu xüsusda, Azərbaycanda çox gərgin müzakirələr keçirildi. Danışıqlar hətta, gecə saatlarına qədər uzanırdı. Nəticədə illik 300 milyard ABŞ dolları maliyyə hədəfi müəyyənləşdi. Bu da tarixi nailiyyət hesab edilir. Çünki iqlim maliyyəsi ilə bağlı bu günə qədər olan hədəf üç dəfə artırılmışdır. Eyni zamanda 2035-ci ilə qədər 1.3 trilyon ABŞ dolları məbləğində də maliyyənin genişlənməsi nəzərdən keçirilir.

İlyas Hüseynov: “Xarici media orqanlarında da tarixi mərhələnin Bakıda başlanması haqqında qeydlər yer alır”.

COP29 sədri kimi Azərbaycan üzərinə düşən bütün öhdəlikləri, vəzifələri böyük uğurla yerinə yetirdi. İlk növbədə təşkilatçılıq, digər tərəfdən iştirakçıların təhlükəsizliyinin qorunması və əldə olunan yekun razılaşma tarixi qələbə kimi qiymətləndirilə bilər. Eyni zamanda qeyd etməliyik ki, xarici media orqanlarında da tarixi mərhələnin Bakıda başlanması haqqında qeydlər yer alır. Bakı irəliləyişi, Bakı sıçrayışı kimi də bunu qeyd edirlər. Bu əlbəttə, qürur duyulan yanaşmadır.

Həmçinin öhdəliklərin icrası hesab edirəm ki, mümkün olacaq. Hər bir dövlət üzərinə düşən həm dekarbonasizasiya, həm ərtaf mühitin çirklənməsinin qarşısının alınması, həm də qlobal iqlim dəyişikliyi ilə bağlı mübarizədə daha güclü səylər ortaya qoymalıdır ki, biz müəyyən olunmuş hədəfləri impelimitasiya edə bilək”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr