“Vətən müharibəsi veteranlarına 80 manat məbləğin verilməsi ayıbdan ayıbdır”.
Tribunainfo.az “Axar.az”-a istinadla xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.
O, bu məbləğin artırılmasını təklif edib:”Bizim qəhrəman oğlanlarımıza, qazilərimizə bu nə müavinətdir verilir? Hamı bundan narazılıq edir, qazilər üstümüzə gəlir. Bu, nə deməkdir axı?!”.