AZ

Bölgədə əllər tətikdə: Dünyanın iki ən güclü ordusu üz-üzə qaldı

ABŞ Hərbi Dəniz Qüvvələri çoxməqsədli sualtı gəmi əleyhinə “Poseydon” (P-8A Poseidon) təyyarəsini Tayvan boğazı ilə bölgəyə göndərib.

Teleqraf.com xəbər verir ki, Çin buna cavab olaraq, öz qoşunlarını bölgədə yerləşdirib.

ABŞ-ın 7-ci Donanmasının Tayvan boğazında patrul xidməti apardığı da bildirilir.

“Birləşmiş Ştatlar Tayvan boğazı daxilində beynəlxalq hüquqa uyğun hərəkət etməklə bütün ölkələrin naviqasiya hüquq və azadlıqlarını dəstəkləyir, azad və açıq Hind-Sakit Okean regionuna sadiqliyini nümayiş etdirir”, - ABŞ Hərbi Hava Qüvvələrinin bəyanatda deyilir.

Qurum əlavə edir ki, ABŞ hərbi qüvvələri beynəlxalq hüququn icazə verdiyi hər yerdə uçur, üzür və fəaliyyət göstərir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin addımları Pekinin etirazına səbəb olub. Son həmlə addım da Çin Müdafiə Nazirliyi tərəfindən tənqid edilib. Nazirlik Çin ordusunun Amerika təyyarələrini izləmək üçün dəniz və hava qüvvələrini yerləşdirdiyini və vəziyyətə effektiv cavab verdiyini bildirb.

Çin ordusunun Şərq Hərbi Komandanlığının sözçüsü polkovnik Sao Syun deyib: “Amerika tərəfinin mesajları hüquqi prinsipləri təhrif edir, ictimai rəyi və beynəlxalq ictimaiyyəti çaşdırır”.

Syun ABŞ-ı durumu təhrif etməyi dayandırmağa və Tayvan boğazından tranzitlə bağlı sensasiya yaratmağa deyil, Çinlə regional sülh və sabitliyi birgə qorumağa çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
23
teleqraf.com

1Mənbələr