AZ

"Sənətimin 27 ilini Cavanşirə həsr etdim" - Firuzə İbadova

"Dünyaya sevmək üçün gəlmişik. Bir dəfə efirdən övladıma da demişdim ki, səni çox sevirəm. Gözümü açanda da, yumanda da istəyirəm səni görüm".

"Unikal" xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "Qonaqcanlı" verilişində deyib:

"Bəxtim var, gözəl və ağıllı övladlarım var. Xanım kimi də çox xoşbəxtəm. Mərhum duet ortağım Cavanşir Məmmədov Azərbaycanda çalışan və mükəmməl musiqiçi idi. Çox gənclərə dəstək idi. İllərlə bərabər çalışmışıq. Hərdən elə düşünürəm ki, həyatın qanunu budur. Sənətə 1970-ci illərdən gəlmişdim. 1996-cı ildən Cavanşir Məmmədovdan və xanımından dəvət aldım. Sənətimin 27 ilini ona həsr etdim. Birlikdə dövlət tədbirlərinə, şənliklərə qatıldıq" sözlərini əlavə edib.

Seçilən
0
22
unikal.az

10Mənbələr