AZ

Yassin Benzia: "Lion"a ən yaxşısını arzulayıram, amma cümə axşamı yox"

"Qarabağ"ın futbolçusu Yassin Benzia Fransa mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Avropa Liqa Liqa mərhələsinin "Lion"la keçiriləcək oyunu haqda danışıb. 30 yaşlı futbolçu sabiq komandasına qarşı oynamağın xüsusi olacağını bildirib:

"Mən püşkatma mərasimini evdə televizor qarşısında izləyirdim. Fransa klublarının bizə rəqib olmasını istəyirdim. Bizə "Lion" düşdü, bu, yaxşı oldu. , bu daha yaxşı idi. Yetirməsi olduğun klubla üz-üzə gəlmək xüsusidir. Mən Tolisso, Lakazett, stüard Jerom Renaud, fizioterapevt Abdel Redissini görəcəyəm. "Lion"a ən yaxşısını arzulayıram, amma cümə axşamı yox".

Qeyd edək ki, Yassin Benzia "Lion"un yetirməsidir. Təcrübəli oyunçu 2012-2015-ci illərdə Fransa təmsilçisinin əsas komandasında çıxış edib.

saytlarin hazirlanmasi

Seçilən
11
1
sportal.az

2Mənbələr