AZ

Berezutskidən “Sabah”la bağlı ilk açıqlama

“Sabah”ın baş məşqçisi olduğuma görə qürur duyuram”.

Msport.az xəbər bu sözləri “Sabah”ın yeni baş məşqçisi Vasili Berezutski klubun rəsmi saytına açıqlamasında deyib.

O, təyinatın özü üçün əla fürsət olduğunu bildirib: “Bundan sonra yolumuza birlikdə davam edəcəyik. Ümid edirəm ki, bu yol məhsuldar, maraqlı və həyacanlı olacaq. “Sabah”ı Murad Musayevin dövründən tanıyıram. Onun təyinatından sonra klubu yaxından izləməyə başladım. Güvənin, həmçinin etibar edə biləcəyiniz insanların olduğunu biləndə bir növ rahatlıq tapırsan. Azarkeşlərdən dəstək istəyirik. Biz öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, fanatlar futbola gəlməkdən həzz alsınlar”.

Qeyd edək ki, “Sabah” Vasili Berezutski ilə 2.5 illik müqavilə imzalayıb.

Seçilən
9
msport.az

1Mənbələr