AZ

Parlamentari: COP29 qlobal Şimal və qlobal Cənub arasında körpü rolunu oynadı

“Azərbaycan Respublikası daha bir uğura imza atdı və bu naliyyət mahiyyət etibarilə qlobal məzmun kəsb edir”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Elman Nəsirov söyləyib. 

O, bildirib ki, Azərbaycanın paytaxtı Bakıda dünyanın ən nəhəng beynəlxalq tədbiri baş tutdu:

“Sözügedən tədbirdə dünya üçün bir nömrəli  təhdid mənbəyi olan iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli istiqamətində çox ciddi addımlar atıldı. Əvvəllər dünya üçün təhdid mənbəyi terror hadisələri olduğu halda hazırda onun yerini ekoloji problemlərin yaratdığı məsələlər alıb. CO29-da Azərbaycanda 80 ölkə prezident, vitse-prezident, Baş naziri və digər rəsmilər qismində təmsil olunurdu. Son 2 gün ərzində taleyüklü qərarlar qəbul olundu və iqlim dəyişiklikləri ilə bağlı məsələlərin həlli üçün 300 milyard dollar vəsaitin ayrılması haqqında tarixi razılaşma imzalandı. 2035-ci ilə qədər həmin məbləğin 1,3 trilyon dollara qaldırılması nəzərdə tutulur”. 

Deputat vurğulayıb ki, indiyə qədər heç bir COP tədbiri bu qədər siyasiləşməmişdi və Azərbaycana edilən qədər heç bir ölkəyə belə təzyiq olunmamışdı:
“Müxtəlif istiqamətlərdən kordinasiya olunmuş şəkildə ölkəmizə qarşı təzyiq, təhdid, boykot kampaniyası həyata keçirilirdi. Avropa İttifaqı (Aİ) həmin proseslərin önündə gedirdi. Avropa Birliyi Amerika Birləşmiş Ştatlarının erməni lobbisi ilə birgə Azərbaycan əleyhinə yalan dolu fikirlər səsləndirirdilər. COP29-un əsas problemlərini qırağa atıb əllərində lupa ilə Azərbaycanda demokratiya axtarışına çıxmışdılar. Lakin bütün dünya şahidlik etdi ki, Azərbaycan demokratik inkişaf yolunu tutub. Xarici jurnalistlər gördü ki, istənilən məmura yaxınlaşaraq istədikləri bütün suallara cavab tapa bilərlər. Nəticə etibarilə Qərb dairələrinin Azərbaycan əleyhinə qarayaxma kampaniyası fiaskoya uğradı və qələbə Azərbaycanın oldu. COP29 çərçivəsində Prezident İlham Əliyev kiçik ada  dövlətlərinin problemlərinin həlli məsələsini gündəmə gətirdi. Çünki Fransa və Niderlandın ada dövlətlərinə qarşı apardığı siyasət qəbuledilməzdir. COP29 qlobal Şimal və qlobal Cənub arasında körpü rolunu oynadı”.
Seçilən
11
sherg.az

1Mənbələr