AZ

İsrail 2 dəqiqəyə Hizbullahın 20 hədəfini vurdu

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyruta zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb 

 

Qeyd olunur ki, hücum zamanı iki dəqiqə ərzində Hizbullahın 20 hədəfi vurulub.

 

"İsrail Müdafiə Qüvvələri səkkiz qırıcıdan istifadə etməklə Beyrutdakı 20 terrorçu hədəfə zərbələri cəmi 120 saniyəyə tamamlayıb", - məlumatda deyilir.

 

Hərbçilərin məlumatına görə, vurulanlar arasında 13-ü hərbi hədəfdir və onlar Hizbullahın yerləşdiyi Beyrutun Dahiya əyalətində olub. Hərbi hədəflərə kəşfiyyat qərargahları, komanda məntəqələri, hava hücumundan müdafiə mərkəzi, silah anbarları və digər hərbi infrastruktur obyektləri daxildir.

Seçilən
10
27
modern.az

10Mənbələr