Almaniyanın hakimiyyət orqanları bunkerlərin yaradılması üçün milli plan hazırlayır ki, bu plana mövcud sığınacaqların siyahısının təşkili daxildir.
News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
“Raket hücumu zamanı müdafiəni təmin edə biləcək bütün mövcud binaların və fərdi evlərin siyahısının tərtib edilməsi planlaşdırılır”, - nəşr qeyd edir.
Bundan əlavə, plan çərçivəsində bunkerlərin axtarışı üçün mobil proqramların yaradılması və özünümüdafiə tədbirləri ilə bağlı məlumat kampaniyasının aparılması nəzərdə tutulur.