AZ

Pakistanda İmran Xana görə aksiya keçirildi - 4 polis əməkdaşı həlak oldu

Pakistanda həbsdə olan keçmiş baş nazir İmran Xanın azad edilməsi tələbi ilə polislə etirazçılar arasında toqquşma olub.
 
7News.Az xarici mediaya istinadən xəbər verir ki, toqquşmalarda dörd polis əməkdaşı həlak olub, polis bölməsi yandırılıb.
 
Baş nazir Şehbaz Şərif etirazları terror adlandırıb. Nümayişçilər Xanın azadlığa buraxılmasını və hökumətin istefasını tələb edirlər.
 
Nümayişçilər parlamentin qarşısında konteynerlərin bağladığı yolları aşmağa müvəffəq olublar.

Hökumət Xanın köməkçiləri ilə görüşərək gərginliyi azaltmağa çalışsa da, bu cəhdlər uğursuz olub.

Xanın partiyasının yüksək vəzifəli şəxsləri etirazları dəstəkləmək üçün İslamabada yürüş edib. 

Eks baş nazirin tərəfdarları hökumətdən məhkəmə sistemini məhdudlaşdıran konstitusiya dəyişikliklərini geri götürməyi və liderlərinin azad edilməsini tələb edirlər.
 
7News.Az
Seçilən
4
1
7news.az

2Mənbələr