AZ

Vensan Kompani PSJ ilə qarşıdakı oyundan nə gözləyir?

“Bayern”in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda PSJ ilə ev oyunundan gözləntilərini açıqlayıb.

Arena.az məlumat verir ki, belçikalı mütəxəssis bu barədə oyun ərəfəsində təşkil edilmiş mətbuat konfransında fikrini bildirib:

“Biz Avropanın ən böyük klublarından birinə qarşı oynayacağıq. Onların böyük oyunçuları və dünya səviyyəli məşqçiləri var. Bu, çox istedadlı komandadır. Yaxın illərdə bu komandadan bir çox futbolçu Messi, Neymar, İbrahimoviç səviyyəsinə çatacaq.

PSJ-də xətlər arasındakı boşluqlar heç vaxt böyük olmur, təpkiləri çox aqressiv və yaxşıdır. Topa sahib olduqları zaman isə vəziyyətə aydın yanaşmaları olur. Onlar bir komanda olaraq həqiqətən də çox yaxşıdırlar”, deyə Vensan Komapni vurğulayıb.

Xatırladaq ki, “Bayern” PSJ-ni bu gün, noyabrın 26-da qəbul edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (27 noyabr) qəbul edəcək.

4 turdan sonra “Bayern” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 6 xalla 17-ci pillədə, PSJ isə 4 xalla 25-ci pillədə qərarlaşıb.

Seçilən
26
arena.az

1Mənbələr